Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

Siyasət Materials 30 Avqust 2026 10:23 (UTC +04:00)
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi 30 avqust – Türkiyə Respublikasının Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib.

Bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.

"30 avqust – Türkiyə Respublikasının Zəfər Bayramı münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edirik.

Türkiyənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qardaş xalqımızın sarsılmaz iradəsi, əzmi və qəhrəmanlığı ilə qazandığı tarixi Zəfəri qürurla qeyd edirik.

Zəfər Bayramınız mübarək!", - deyə paylaşımda bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti