Nepal və Tibetdə dağıdıcı daşqınlar: ölənlərin sayı 750-yə, itkin düşənlərin sayı 3044-ə çatıb

Dünya xəbərləri Materials 30 Avqust 2026 09:36 (UTC +04:00)
Nepal və Tibetdə dağıdıcı daşqınlar: ölənlərin sayı 750-yə, itkin düşənlərin sayı 3044-ə çatıb

Bakı. Trend:

Avqustun 26-da Çinlə sərhəddə yerləşən Nepalda baş verən dağıdıcı daşqın nəticəsində ölənlərin sayı 734-ə, itkin düşənlərin sayı isə 2498-ə çatıb.

Bu barədə fövqəladə vəziyyətlərin idarə olunmasına cavabdeh olan Nepal qurumu məlumat yayıb.

Çin dövlət mediası isə öz ərazisində 16 nəfərin öldüyünü və 546 nəfərin itkin düşdüyünü bildirib. Bununla da fəlakətin ümumi qurbanlarının sayı 750 ölü və 3044 itkin təşkil edib.

Nepal bazar günü xilasedici qrupları Çinlə sərhəddə yerləşən ərazidə suyun səviyyəsinin yenidən yüksəlməsi səbəbindən "ehtiyatlı olmağa" çağırıb. Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi İdarəsi yaydığı xəbərdarlıqda bildirib: "Rasuva rayonunda Bote Koşi çayında daşqın suyunun axınının yenidən artdığı barədə məlumat almışıq".

Hakimiyyət orqanları xəbərdarlıqda bildiriblər: "Buna görə də axtarış, xilasetmə və yardım əməliyyatlarına cəlb olunan bütün əməkdaşlardan, çaykənarı ərazilərdə olan şəxslərdən, eləcə də zərər çəkmiş ərazilərdə, xüsusilə Rasuva, Nuvakot, Dadinq və Çitvan rayonlarında olan bütün digər şəxslərdən ehtiyatlı olmaları xahiş olunur".

ABŞ Geoloji Xidmətinin məlumatına görə, avqustun 26-da səhər Çin və Nepal sərhədində baş verən fəlakət buzlağın çökməsi nəticəsində meydana gəlib və bunun ardınca çayın aşağı axınında su və dağıntılardan ibarət nəhəng sel dalğası yaranıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti