Bakı. Trend:
Nepalın şimalında ötən həftə baş verən daşqın nəticəsində həlak olanların sayı 900 nəfəri ötüb.
bu barədə Nepalın Fəlakət Risklərinin Azaldılması və Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsinin hesabatında bildirilib.
Qeyd olunub ki, 903 nəfərin cəsədi tapılıb, 10 min 461 nəfər xilas edilib.
Təxminən 4200 nəfər itkin düşüb. Onların 592-si əcnəbilərdir.
xxx
07:32
Nepalın Çin sərhədi yaxınlığındakı Rasuva bölgəsində baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 804-ə yüksəlib.
3300-dən çox şəxsdən isə hələ də xəbər yoxdur.
Axtarış-xilasetmə və meyitlərin identifikasiyası işləri davam etdirilir.
ABŞ Nepalda 10 minə qədər ailəyə ərzaq yardımı da daxil olmaqla 3,6 milyon dollardan çox humanitar yardım göstərəcəyini açıqlayıb.