Meksikada partlayış – 2 ölü, 15 yaralı

Dünya xəbərləri Materials 31 Avqust 2026 10:12 (UTC +04:00)
Meksikada partlayış – 2 ölü, 15 yaralı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Meksikanın mərkəzi hissəsində yerləşən Oho-kalyente şəhərində polis şöbəsinin qarşısında park edilmiş avtomobilin partlaması nəticəsində azı iki hüquq-mühafizə əməkdaşı həlak olub.

Bu barədə “La Jornada” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, insident şəhərin himayədar müqəddəsinin gününün qeyd edildiyi vaxt baş verib. Bildirilir ki, daha 15 nəfər qəlpə yaraları alıb. Yaralananlar arasında körpə də var. Zərərçəkənlərə şəhər xəstəxanalarında tibbi yardım göstərilir.

İlkin məlumatlara görə, partlayıcı qurğu avtomobilə regionda fəaliyyət göstərən cinayətkar qruplaşmaların üzvləri tərəfindən yerləşdirilib. Oho-kalyente ərazisi, Sakatеkas ştatının mərkəzi və cənub-şərq hissəsindəki bir çox digər bələdiyyələr kimi, son üç il ərzində “Halisko Yeni Nəsil” narkokarteli ilə “Sinaloa” narkokartelinin fraksiyası arasında mübahisə predmetinə çevrilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti