İran ordusu ABŞ-nin BƏƏ-dəki bazasını vurduğunu bildirir

Hadisə Materials 31 Avqust 2026 10:52 (UTC +04:00)
İran ordusu ABŞ-nin BƏƏ-dəki bazasını vurduğunu bildirir
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran ordusu ABŞ-nin BƏƏ-dəki əl-Minhad hərbi hava bazasını kamikadze dronları ilə atəşə tutub.

Bu, İran Ordusunun yaydığı məlumatda öz əksini tapıb.

“ABŞ ordusunun ötən gecə Lark adasına hücumları nəticəsində günahsız vətəndaşlar və İslam İnqilabı Keşikçilər Korpusunun üzvlərinin ölməsinə cavab olaraq İran ordusu BƏƏ-də əl-Minhad hərbi hava bazasında ABŞ ordusu qüvvələri və helikopterlərinin yerləşdiyi məkanlar onlarla kamikadze dronu ilə atəşə tutulub”, -deyə məlumatda qeyd olunub.

İran ordusu bu hərbi hava bazasının əcnəbi qüvvələrin hava dəstəyi və nəqli üçün önəmli mərkəzlərdən biri olduğunu bildirir.

İran ordusu qeyd edib ki, ordu qüvvələri ölkənin ərazi bütövlüyün qorumağa, təhlükəsizliyini təmin etməyə və bütün hücumlara reaksiya verməyə hazırdır.

Qeyd edək ki, ABŞ ordusunun İranın cənubundakı Larak adasında iki raket kompleksini məhv etdiyi, hava hücumlarında iki nəfərin öldüyü və iki nəfərin yaralandığı bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti