Azərbaycan və Çin prokurorluqları əməkdaşlığı daha da genişləndirəcək - Kamran Əliyev

Cəmiyyət Materials 31 Avqust 2026 12:42 (UTC +04:00)
Azərbaycan və Çin prokurorluqları əməkdaşlığı daha da genişləndirəcək - Kamran Əliyev
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Çin prokurorluq orqanları arasında əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Azərbaycan və Çin Baş prokurorluqları arasında Anlaşma Memorandumunun imzalanması mərasimində deyib.

Baş prokuror Çin Xalq Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərindən məmnunluğunu ifadə edib.

Kamran Əliyev bildirib ki, Azərbaycan və Çini tarixi və ənənəvi bağlarla yanaşı, strateji tərəfdaşlıq münasibətləri birləşdirir.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin səyləri nəticəsində iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələri formalaşıb.

Baş prokuror hər iki ölkədə prokurorluq orqanlarının hüquq-mühafizə sahəsində mühüm koordinasiyaedici rola malik olduğunu vurğulayıb.

Kamran Əliyev qeyd edib ki, Azərbaycan və Çin prokurorluqları arasında əlaqələrin inkişafı mühüm əhəmiyyət daşıyır və tərəflər iki ölkənin və xalqların mənafeyi naminə daha səmərəli və məhsuldar əməkdaşlığın qurulması üçün səylərini davam etdirirlər.

O əlavə edib ki, imzalanan Anlaşma Memorandumu iki ölkənin prokurorluq orqanları arasında gələcək əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti