Bakı. Trend:
Polşa Ekstraklassasında 6-cı turun oyunları keçirilir.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Rakuv" öz meydanında "Yagelloniya"nı qəbul edib.
Görüş qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb - 2:5.
Milliminin üzvü yenin klubunun heyətində növbəti qolunu vurub. O, qarşılaşmanın 23-cü dəqiqəsində fərqlənməklə oyunda hesabı açıb.
Emreli bu mövsüm Ekstraklassada meydana çıxdığı 4 oyunda 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
