Bakı. Trend:
ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində avqustun 30-na keçən gecə baş verən atışma nəticəsində bir nəfər həyatını itirib, 9 nəfər isə yaralanıb.
Bu barədə “ABC News”un yerli bölməsi məlumat yayıb.
Məlumata görə, avqustun 29-da yerli vaxtla saat 23:37 radələrində polis şəhərin cənubunda yerləşən Vaşinqton Parkına toplaşan insanları dağıtmaq üçün əraziyə gəlib. Bu zaman silah səsləri eşidilib.
Hadisə nəticəsində ümumilikdə 10 nəfər xəsarət alıb. Yaralanan 35 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.
Atışmanın hansı səbəbdən baş verdiyi və hadisəni törədən şəxsin
kimliyi ilə bağlı hələlik məlumat açıqlanmayıb.