Azərbaycan müdafiə naziri Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak edib (FOTO)

Siyasət Materials 30 Avqust 2026 22:53 (UTC +04:00)
Azərbaycan müdafiə naziri Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak edib (FOTO)
Nicat İsmiyev
Nicat İsmiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasında işgüzar səfərdədir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Avqustun 30-da müdafiə naziri Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin Quru Qoşunları, Hərbi Dənizçilik və Hərbi Təyyarəçilik məktəblərinin buraxılış mərasiminə qatılıb.

Tədbirdə iştirak edən Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış edərək məzunları təbrik edib.

Sonra plana uyğun olaraq məzunlara diplomlar təqdim olunub.

Qeyd edək ki, hərbi məktəbləri müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomları general-polkovnik Z.Həsənov təqdim edib.

Xəbər lenti

Xəbər lenti