Soydaşlarımız Moldovanın Müstəqillik Günü ilə bağlı rəsmi tədbirdə iştirak ediblər (FOTO)

Cəmiyyət Materials 31 Avqust 2026 12:13 (UTC +04:00)
Soydaşlarımız Moldovanın Müstəqillik Günü ilə bağlı rəsmi tədbirdə iştirak ediblər (FOTO)
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

Kişineuda fəaliyyət göstərən Moldova Azərbaycanlıları Konqresinin (MAK) nümayəndələri Moldova Respublikasının müstəqilliyinin elan olunmasının 35-ci ildönümü münasibətilə keçirilən rəsmi tədbirdə iştirak edib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Tədbirdə Moldova Respublikasının Prezidenti Maya Sandu, Baş nazir Vasile Tofan, Parlamentin sədri İqor Qrosu, Millətlərarası Münasibətlər Agentliyinin baş direktoru Vyaçeslav Ryabçinski və müxtəlif etnomədəni təşkilatların rəhbərləri yer alıb.

Mərasimdə diaspor və etnik icmaların nümayəndələrinin ənənəvi milli geyimlərdə iştirakı Moldovanın etnik və mədəni müxtəlifliyini, eləcə də ölkədə yaşayan müxtəlif xalqların birliyini əks etdirib.

Təntənəli mərasim zamanı Mariya Bieşu adına Moldova Respublikası Milli Opera və Balet Teatrının solisti, Moldovanın əməkdar artisti Anna Çernikovanın ifasında Moldova Respublikasının Dövlət Himni səsləndirilib.

MAK-nin sədri Elçin Bayramov Moldova Respublikasının Prezidenti Maya Sandunu, Parlamentin sədri İqor Qrosunu və Baş nazir Vasile Tofanı Müstəqillik Günü münasibətilə təbrik edib. O, ölkə rəhbərliyinə və Moldova xalqına sülh, firavanlıq və davamlı inkişaf arzulayıb.

MAK nümayəndələrinin tədbirdə iştirakı Azərbaycan diasporunun Moldova Respublikasına ehtiramının göstəricisi olmaqla yanaşı, soydaşlarımızın ölkənin ictimai həyatında fəal rolunu da vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti