Bakı.Trend:
İyul ayında Azərbaycanda lokal kartlarla aparılan əməliyyatların həcmi açıqlanıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletenə əsasən, bu ilin iyul ayının sonuna Azərbaycanda rezident maliyyə təşkilatları tərəfindən emissiya edilmiş lokal kartlardan (həmçinin statistik vahidin ödəniş kartlarından) istifadə edilməklə 63,2 min əməliyyat həyata keçirilib. Qeyd olunur ki, bu əməliyyatların həcmi 73 milyon manatı ötüb.
Bankın məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə lokal kartlardan istifadə edilməklə aparılan əməliyyatların sayı 2,3 mindən çox və ya 3,8%, əməliyyatların həcmi isə 7,72 milyon manatdan çox və ya 11,8% artıb.
Hazırda Azərbaycanda AZQR vahid standartı əsasında QR-ödənişlər sisteminin mərhələli tətbiqi davam edir. AMB-dən Trend-ə bildirilib ki, banklar artıq sistemlə texniki inteqrasiyanı yekunlaşdırıblar, funksional imkanlar isə tədricən POS-terminallara və mobil bank tətbiqlərinə inteqrasiya olunur.
"Inkişafın növbəti mərhələsi sərhəd keçid QR-ödənişlərin işə salınması ola bilər. Bunun üçün Azərbaycanın Anında Ödəniş Sisteminin digər ölkələrin analoji sistemləri ilə qarşılıqlı inteqrasiyası imkanları nəzərdən keçirilir. Hazırda tənzimləyici bu tür həllərin tətbiqi üzrə beynəlxalq təcrübəni öyrənir.
Mərkəzi Bankdan vurğulanıb ki, gündəlik pərakəndə hesablaşmalarda QR-ödənişlərin istifadəsinin genişləndirilməsi, istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və ekosistemin iştirakçısı olan bankların tam uyğunluğunun təmin edilməsi prioritet olaraq qalır", — deyə AMB bildirir.
