Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxılıb

Hadisə Materials 31 Avqust 2026 14:06 (UTC +04:00)
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxılıb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Bərdə şəhərində qadın yaşadığı binanın dördüncü mərtəbəsindən yıxılıb.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, hadisə şəhər ərazisində keçmiş məcburi köçkünlər üçün salınmış 588 saylı qəsəbədə qeydə alınıb.

Belə ki, qəsəbədə yerləşən 1 saylı binanın 19-cu mənzilində yaşayan, əslən Xocalı rayonundan olan 1988-ci il təvəllüdlü Hicran Saleh qızı Şirinova yaşadığı binanın dördüncü mərtəbəsindən yıxılıb.

H.Şirinova Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Daha sonra müalicəsinin davam etdirilməsi üçün Bakıda fəaliyyət göstərən xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti