Bakı.Trend:
Danimarkada bir kişi evinin bağçasından vikinqlər dövrünə aid gümüş xəzinəsi tapıb.
Bu barədə “Danmarks Radio” teleradio şirkəti məlumat yayıb.
Bildirilib ki, kişi xəzinəni bağçasında terras tikintisi apararkən aşkar edib. Xəzinədə ümumi çəkisi 18,5 kiloqram olan 700-dən çox gümüş əşya, o cümlədən külçələr, zinət əşyaları, sikkələr və kiçik çəkic aşkar edilib.
Arxeoloqlar artıq bu tapıntını Danimarkada vikinqlər dövrünə aid ən böyük xəzinə adlandırırlar. Əvvəlki rekord 6,5 kiloqram ağırlığında olan və “Terlslev xəzinəsi” kimi tanınan tapıntıya məxsus idi.
