Naxçıvanda beşmərtəbəli binada yanğın baş verib (VİDEO)

Hadisə Materials 31 Avqust 2026 15:06 (UTC +04:00)
Naxçıvanda beşmərtəbəli binada yanğın baş verib (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yaşayış binasının 3-cü mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində ümumi sahəsi 29,5kv.m. olan mənzilin mətbəx hissəsində quraşdırılan suqızdırıcı və paltaryuyan maşını yanıb. Mənzil digər əşyaları ilə birlikdə yanğından mühafizə olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti