Bakı. Trend:
Rəqəmsal texnologiyalar sahələrində işləyən sığortaolunanların aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı üzrə güzəştlər tətbiq ediləcək.
Trend-in məlumatına görə, bu, Milli Məclisin İqtisadi sisyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrində sahibkarlıq fəaliyyətini həyata keçirən sığortaedənlərdə (texnologiyalar parkının rezidentləri istisna olmaqla) işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödəniləcək:
|
Sığorta haqqına cəlb edilən aylıq gəlir |
sosial sığorta haqqı dərəcəsi |
||
|
cəmi |
sığortaolunanın gəlirlərindən tutulan |
sığortaedənin vəsaiti hesabına ödənilən |
|
|
200 manatadək |
14 faiz |
2 faiz |
12 faiz |
|
200 manatdan 8000 manatadək |
12 faiz |
6 manat + 200 manatdan 8000 manatadək olan hissənin 5 faizi |
44 manat + 200 manatdan 8000 manatadək olan hissənin 7 faizi |
|
8000 manatdan çox olduqda |
10 faiz |
786 manat + 8000 manatdan çox olan hissənin 5 faizi |
1214 manat + 8000 manatdan çox olan hissənin 5 faizi |
Lakin kibertəhlükəsizlik, rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları və innovasiyalar sahələrində yüksəkixtisaslı miqrantlar, habelə rəqəmsal səyyahlar üçün 2026-cı il iyulun 1-dən 5 il müddətinə məcburi dövlət sosial sığortasına cəlb olunmayacaq.
