AIDA və IDA tərəfdaşlığı real nəticələrə yönəlmiş əməkdaşlıq modelidir - İİB rəsmisi

İqtisadiyyat Materials 17 İyun 2026 16:19 (UTC +04:00)
AIDA və IDA tərəfdaşlığı real nəticələrə yönəlmiş əməkdaşlıq modelidir - İİB rəsmisi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və Beynəlxalq İnkişaf Assosiasiyası (IDA) tərəfdaşlığı real nəticələrə yönəlmiş əməkdaşlıq modelidir.

Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu İslam İnkişaf Bankı (İİB) Qrupunun Türkiyə Regional Mərkəzinin direktoru Valid Əbdülvahab Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunan “Yüksək Səviyyəli Dialoq: “Yardımdan daha çox potensialın inkişafı” – Dayanıqlılıq və davamlı inkişaf naminə beynəlxalq texniki yardım üzrə AIDA–İİB tərəfdaşlığı” tədbirində deyib.

Onun sözlərinə görə, İslam İnkişaf Bankının üzv ölkələrdə uzun illər həyata keçirdiyi fəaliyyətlər göstərir ki, təkcə maliyyələşdirmə inkişafı təmin etmir.

“İnkişafı təmin edən əsas amil bu maliyyədən səmərəli istifadə etmək üçün institusional potensial, ixtisaslı kadrlar, güclü sistemlər və layihələrdən daha uzunömürlü olan tərəfdaşlıqlardır”, – deyə V.Əbdülvahab bildirib.

O qeyd edib ki, məhz bu yanaşma Beynəlxalq İnkişaf Assosiasiyası (IDA) ilə qurulan tərəfdaşlığın əhəmiyyətini artırır.

“Bizim Anlaşma Memorandumumuz birgə layihələr üçün ortaq çərçivə yaradır: mütəxəssis mübadiləsi, Cənub–Cənub və üçtərəfli əməkdaşlıq, birgə maliyyələşdirmə və strukturlaşdırılmış fəaliyyət planları. Bu, qarşılıqlı niyyətləri real nəticələrə çevirməyə imkan verir”, – deyə o bildirib.

İİB rəsmisi əlavə edib ki, bu əməkdaşlıq İslam İnkişaf Bankının maliyyə imkanlarını və ölkələrlə əlaqələrini IDA-nın texniki bilikləri və birləşdirici potensialı ilə əlaqələndirməyə şərait yaradır.

“Bugünkü dialoq iki əsas paneldən ibarətdir. Birinci panel COP29-un mühüm nəticələrindən biri olan Bakı Sülh və İqlim Fəaliyyəti Həbi vasitəsilə həssas iqtisadiyyatlar üçün iqlim maliyyəsinə çıxış imkanlarını müzakirə edir”, – deyə o bildirib.
Onun sözlərinə görə, ikinci panel isə rəqəmsal transformasiya və güclü idarəetmə bacarıqlarının təhsil və səhiyyə xidmətlərinin səmərəliliyinin artırılmasında rolunu araşdırır.

“Biz xoşbəxtik ki, burada müxtəlif regionlardan – Yaxın Şərq, Afrika Buynuzu, Qərbi Afrika və Cənubi Asiyadan nümayəndələr iştirak edir. Bu ölkələr İslam İnkişaf Bankının üzvü olaraq dayanıqlı institutlar qurmaq üçün ciddi səylər göstərirlər”, – deyə V.Əbdülvahab vurğulayıb.

O qeyd edib ki, əsas gözlənti konkret nəticələr əldə etməkdir.
“Buradan təkcə ortaq dəyərlərlə deyil, həm də praktik ideyalarla ayrılmalıyıq. Məqsəd İslam İnkişaf Bankı və IDA-nın gələcək illərdə potensialın inkişafını müvəqqəti müdaxilə deyil, davamlı nəticəyə çevirməsidir”, – deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti