Xaçmaz rayonunda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub (FOTO)

Cəmiyyət Materials 17 İyun 2026 14:30 (UTC +04:00)
Xaçmaz rayonunda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub (FOTO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz rayonunda 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tibb işçiləri ilə görüş keçirilib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin məlumatına görə, tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, tibb işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra bayram münasibətilə tibb işçiləri ilə görüş keçirilib. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. İcra başçısı çıxışında ölkəmizdə səhiyyənin inkişafı istiqamətində dövlət tərəfindən göstərilən xüsusi qayğıdan danışıb.

Qeyd olunub ki, dövlət başçısının tapşırıq və göstərişləri əsasında Xaçmaz rayonunda da səhiyyə infrastrukturunun müasirləşdirilməsi, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm işlər görülür.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyaf Tağıyev tibb işçilərini təbrik edərək, bu sahədə aparılan islahatlardan, əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışıb.

Tədbirdə çıxış edən digər rəsmi şəxslər və ictimaiyyət nümayəndələri də tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək, onların əhalinin sağlamlığının qorunması yolunda göstərdikləri fədakar əməyi və peşəkarlığı yüksək qiymətləndiriblər.

Sonda bir qrup qabaqcıl tibb işçisi Xaçmaz Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti