Niderland Ukraynaya növbəti hərbi yardım paketini təqdim etməyə hazırlaşır

Dünya xəbərləri Materials 18 İyun 2026 00:16 (UTC +04:00)

Bakı. Trend:

Niderland Ukraynaya ümumi dəyəri 500 milyon avro olan yeni hərbi yardım paketi ayıracağını açıqlayıb.

Bu barədə ölkənin müdafiə naziri Dilan Yeşilgöz-Zegerius bildirib.

Ayrılan vəsaitin yarısı – 250 milyon avro Niderlandın müdafiə sənayesi şirkətlərindən pilotsuz uçuş aparatlarının tədarükünə sərf olunacaq.

Digər 250 milyon avro isə PURL proqramı çərçivəsində Ukraynaya silah göndərişlərinin maliyyələşdirilməsinə yönəldiləcək.

Məlumata görə, bu maliyyə hesabına hava hücumundan müdafiə sistemləri üçün raketlərin, F-16 döyüş təyyarələri üçün döyüş sursatlarının və müxtəlif pilotsuz sistemlərin alınması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti