Aİ ukraynalı qaçqınların qəbulu qaydalarına dəyişiklik etməyi nəzərdən keçirir

Dünya xəbərləri Materials 18 İyun 2026 05:17 (UTC +04:00)
Aİ ukraynalı qaçqınların qəbulu qaydalarına dəyişiklik etməyi nəzərdən keçirir

Bakı. Trend:

Avropa Komissiyası Ukraynadan olan qaçqınlar üçün tətbiq edilən müvəqqəti müdafiə mexanizminin müddətinin uzadılmasını, eyni zamanda, onun əhatə dairəsinin məhdudlaşdırılmasını nəzərdən keçirir.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Avropa İttifaqının qarşıdakı Sammiti ərəfəsində üzv dövlətlərin liderlərinə ünvanladığı məktubda Komissiyanın Rusiya-Ukrayna müharibəsindən qaçan şəxslər üçün qüvvədə olan müvəqqəti müdafiə rejiminin uzadılmasını təklif edəcək. Bununla yanaşı, mexanizmin əhatə dairəsinin Ukraynanın özünümüdafiə imkanlarına mənfi təsir göstərməyəcək şəkildə yenidən müəyyənləşdirilməsi planlaşdırılır.

Aİ ölkələrinin daxili işlər nazirlərinin iyunun əvvəlində keçirilən görüşündə bir sıra üzv dövlətlər, o cümlədən Almaniya hərbi xidmətə yararlı ukraynalı kişilərin sadələşdirilmiş qəbul qaydalarından kənarda saxlanılması təşəbbüsünü dəstəkləyiblər. Müzakirələrdə 23-60 yaşlı şəxslərin mövcud müdafiə mexanizminin əhatə dairəsindən çıxarılması təklifi də irəli sürülüb.

Hazırda Ukraynadan olan qaçqınlar Aİ-nin Kütləvi Axın Direktivi əsasında müdafiə statusu alırlar. Bu rejimin müddəti 2027-ci il martın 4-dək qüvvədədir. İndiyədək 4,3 milyondan çox Ukrayna vətəndaşı həmin statusdan yararlanıb.

Xəbər lenti

Xəbər lenti