Meksika millisi Cənubi Koreyanı məğlub edərək 1/16 finala vəsiqəni təmin edib

İdman Materials 19 İyun 2026 07:08 (UTC +04:00)
Meksika millisi Cənubi Koreyanı məğlub edərək 1/16 finala vəsiqəni təmin edib

Bakı. Trend:

Meksika millisi futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turunda Cənubi Koreya yığmasına 1:0 hesabı ilə qalib gəlib.

Qarşılaşma Meksikanın Sapopan şəhərində keçirilib.

Matçın yeganə qolunu 50-ci dəqiqədə Luis Romo vurub.

Meksika millisi A qrupunda ikinci qələbəsini qazanaraq 1/16 final mərhələsinə vəsiqəni təmin edən ilk komanda olub. Bununla yanaşı, komanda qrupda birinci yeri də vaxtından əvvəl təmin edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti