Xamenei Pezeşkiana ABŞ ilə memorandum imzalamağa icazə verdiyini bildirdi

Dünya xəbərləri Materials 18 İyun 2026 22:29 (UTC +04:00)
Xamenei Pezeşkiana ABŞ ilə memorandum imzalamağa icazə verdiyini bildirdi

Bakı. Trend:

İranın Ali Lideri Müctəba Xamenei bildirib ki, o bundan öncə İran prezidenti Məsud Pezeşkiana ABŞ ilə anlaşma memorandumu imzalamağa icazə verib.

Bu barədə İranın Ali Liderinin müraciətində bildirilib.

"Bu məsələ ilə bağlı fərqli bir fikrim olub. Lakin Ali Milli Təhlükəsizlik Şurasının sədri kimi prezidentin və onun digər üzvlərinin İran xalqının və Müqavimət Oxunun hüquqlarını qorumağa söz verdiyini və məsuliyyəti öz üzərinə götürəcəklərini açıq şəkildə bildirdiyini nəzərə alaraq, icazə verdim", - deyə qeyd olunub.

O, İranla ABŞ arasında gələcək danışıqların Tehranın Vaşinqtonun mövqeyini qəbul edəcəyi anlamına gəlmədiyini vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti