Bakı. Trend:
Yay istisi yollarda gözlənilməz riskləri özü ilə gətirir. PAŞA Sığorta sürücüləri bu risklərə qarşı vaxtında hazırlıqlı olmağa çağırır.
Yüksək temperatur nəqliyyat vasitəsinin texniki vəziyyətinə də təsir göstərir. Soyutma sistemindəki nasazlıq, yağ çatışmazlığı və ya uzun müddətli tıxacda dayanan avtomobilin həddindən artıq qızması — bunların hər biri mühərrikin tüstülənməsinə, ən pis halda isə alovlanmaya səbəb ola bilər.
Bu səbəbdən sürücülərə uzun səfərlərdən əvvəl avtomobillərinin texniki baxışını həyata keçirmək, soyutma sistemini yoxlatdırmaq və mümkün riskləri öncədən qiymətləndirmək tövsiyə olunur.
Lakin yay mövsümündə risklər yalnız istiliklə məhdudlaşmır. İyunun 11-də Ağdaş rayonunun Ləki kəndi ərazisində gecə baş verən hadisə bunun bariz nümunəsidir: ildırım yük avtomobilini vurdu. Azərbaycan üçün son dərəcə nadir sayılan bu hadisə sürücülərin ağlına belə gəlməyən risklərin real olduğunu bir daha sübut etdi.
Məhz belə hallarda KASKO sığortası sürücülərin köməyinə gəlir. Yanğın, ildırım düşməsi, təbii fəlakət, torpaq sürüşməsi, leysan, subasma, qəza, bütün bunlar “PAŞA Sığorta”nın KASKO təminatına daxildir. Sürücü cibindən heç nə ödəmədən avtomobili bərpa olunur və zərərlər ödənilir.
“PAŞA Sığortanın KASKO məhsulları haqqında ətraflı məlumat üçün *7000 nömrəsinə zəng edin və ya PASHA-INSURANCE.AZ saytına daxil olun.