Bakı.Trend:
ADY Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz stansiyası və Soyuqbulaq-Salahlı sahəsində enerji sistemini yeniləyib.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
ADY-dən bildirilib ki, Ağstafa stansiyasında isə işlər tamamlanma mərhələsindədir.
"ADY Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz stansiyası və Soyuqbulaq-Salahlı sahəsində enerji sistemini yeniləyib. Yenilənmiş kontakt şəbəkə sayəsində enerjidən səmərəli istifadə, hərəkət təhlükəsizliyi və sürətinin yüksəldilməsi, sərnişin və yük həcminin artırılması təmin ediləcək", - deyə QSC-nin məlumatında qeyd olunub.
