Süni intellekt üzərində insanın güclü nəzarəti təmin edilməlidir - Musa Qasımlı

Cəmiyyət Materials 18 İyun 2026 11:34 (UTC +04:00)
Süni intellekt üzərində insanın güclü nəzarəti təmin edilməlidir - Musa Qasımlı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Süni intellekt texnologiyalarının sürətli inkişafı insan hüquqları sahəsində yeni risklər və çağırışlar yaradır, bu səbəbdən onun üzərində insanın güclü nəzarəti təmin olunmalıdır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Musa Qasımlı “Süni İntellekt Dövründə İnsan Hüquqları: İmkanlar, Risklər və Məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitində deyib.

O bildirib ki, bu gün dünyada şəxsi məlumatların qorunması, insanların razılığı olmadan məlumatların toplanması, kütləvi izləmə və saxta xəbərlərin yayılması kimi məsələlər ciddi narahatlıq doğurur.

“Süni intellekt dövründə şəxsi məlumatlarla məxfiliyin necə qorunacağı, insanların şəxsi həyatına müdaxilənin qarşısının necə alınacağı mühüm məsələlərdəndir”, - deyə o vurğulayıb.

M.Qasımlı qeyd edib ki, süni intellektin tətbiqi nəticəsində bəzi peşələrin sıradan çıxması ehtimalı da mövcuddur və bu halda həmin insanların hüquqlarının müdafiəsi mexanizmləri yaradılmalıdır.

O, həmçinin süni intellektin seçki proseslərinə mümkün təsirlərinə diqqət çəkərək bildirib ki, gələcəkdə seçkilər zamanı dezinformasiya, qaralama kampaniyaları və müxtəlif müdaxilə cəhdləri risk yarada bilər.

Milli Məclis sədrinin müavini vurğulayıb ki, bu təhdidlərin qarşısının alınması üçün qanunvericilik bazasının təkmilləşdirilməsi vacibdir.

“Süni intellekti insan yaratdığından onun üzərində insanın güclü nəzarətinin qurulması və məsuliyyətli yanaşma problemlərin, risklərin və təhdidlərin qarşısını azalda bilər”, - deyə Musa Qasımlı əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti