Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq müzakirə olunub

Siyasət Materials 18 İyun 2026 09:30 (UTC +04:00)
Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq müzakirə olunub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında paylaşım edib.

Müzakirələr Hikmət Hacıyevin hazırda Azərbaycanda rəsmi səfərdə olan rumıniyalı həmkarı Marius Lazurca ilə görüşü zamanı baş tutub.

Bildirilib ki, yüksək səviyyəli müzakirələrin əsas mövzusu Bakı ilə Buxarest arasında çoxşaxəli strateji tərəfdaşlığın genişləndirilməsi, eləcə də iqtisadi və təhlükəsizlik sahələrində mövcud əlaqələrin daha da möhkəmləndirilməsi olub.

Paylaşımda qeyd edilir:

“Azərbaycana səfərdə olan rumıniyalı həmkarım Marius Lazurka ilə məhsuldar görüş keçirdim. Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığı və ənənəvi dostluğu bir daha təsdiqləyərək, əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün geniş imkanları müzakirə etdik. Avropa İttifaqının Cənubi Qafqaza coğrafi baxımdan ən yaxın üzv dövləti kimi Rumıniya əməkdaşlığımızda mühüm yer tutur. Siyasi, iqtisadi, enerji, müdafiə, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi apardıq. Siyasi və təhlükəsizlik məsələləri üzrə aktiv dialoqumuzu davam etdirmək barədə razılığa gəldik.”

Məqalədə:

Xəbər lenti

Xəbər lenti