Bakı. Trend:
İran prezidenti Məsud Pezeşkian “X” sosial şəbəkəsindəki hesabında yazıb ki, İran regional əməkdaşlığa və inkişafa həmişə sadiqdir.
Onun sözlərinə görə, İran müstəqilliyi və ləyaqəti qorumaqla beynəlxalq sülhə və regional inkişaf və əməkdaşlığa həmişə sadiqdir.
İran və ABŞ arasında sülh memorandumunun imzalanmış şəklini paylaşan İran prezidenti qeyd edib ki, bu tarixi sənəd İrandan güclü mesajdır: “Sülh qarşılıqlı hörmət əsasında reallaşacaq".
Qeyd edək ki, ötən gecə İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp imzalayıblar.
