Ceyhun Bayramov Marius-Qabriel Lazurka ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib (FOTO)

Siyasət Materials 18 İyun 2026 19:13 (UTC +04:00)
Ceyhun Bayramov Marius-Qabriel Lazurka ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rumıniya Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Marius-Qabriel Lazurka ilə görüşündə Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, habelə regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat yayıb.

Görüş zamanı tərəflər son illər ərzində həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin və intensiv siyasi dialoqun ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini vurğulayıblar. Azərbaycan Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Görüşdə enerji sahəsinin Azərbaycan–Rumıniya əməkdaşlığının əsas istiqamətlərindən biri olduğu bildirilib, ənənəvi enerji ilə yanaşı, yaşıl enerji və alternativ enerji mənbələri üzrə tərəfdaşlığın inkişafı imkanları nəzərdən keçirilib. Nəqliyyat-kommunikasiya, təhsil, əczaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi istiqamətində mövcud potensial müzakirə olunub.

C. Bayramov Azərbaycanın əlverişli investisiya mühiti barədə məlumat verərək, investorlar üçün yaradılmış imkanları diqqətə çatdırıb. Bu çərçivədə, Ələt Azad İqtisadi Zonasının regional ticarət və logistika mərkəzi kimi artan rolundan bəhs olunub və rumıniyalı şirkətlərin burada fəaliyyət imkanları qeyd edilib.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlıq kontekstində qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayıblar.

Görüş zamanı həmçinin digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti