Seutada iki həftə ərzində təxminən 5,8 min miqranta tibbi yardım göstərilib

Dünya xəbərləri Materials 16 Avqust 2026 18:32 (UTC +04:00)
Seutada iki həftə ərzində təxminən 5,8 min miqranta tibbi yardım göstərilib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

İyulun sonunda Seutada qeyri-qanuni miqrant axınından sonra təxminən 5,8 min miqranta tibbi yardım göstərilib.

Bu barədə İspaniyanın səhiyyə naziri Monika Qarsiya jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, "son 15 gün ərzində 5,8 min miqranta yardım göstərilib". O, həmçinin vurğulayıb ki, "səhiyyə sistemində hər hansı kollaps yaşanmayıb".

İyulun sonunda on minlərlə qeyri-qanuni miqrant üzərək, həmçinin Seutanı Mərakeşdən ayıran dalğaqıranın ətrafından piyada keçərək şəhərə daxil ola bilib.

Böhran fonunda Madrid şəhərdə təhlükəsizliyin təmin edilməsinə dəstək məqsədilə hərbçiləri cəlb etmək qərarına gəlib.

Qeyri-qanuni miqrantların böyük əksəriyyəti artıq Mərakeşə qayıdıb. Lakin İspaniya hakimiyyətinin məlumatına görə, Seutada hələ də təxminən 5 min miqrant qala bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti