Göz qapağı zəncirbəndə ilişən şəxsə FHN yardım etdi (VİDEO)

Cəmiyyət Materials 18 İyun 2026 20:04 (UTC +04:00)
Göz qapağı zəncirbəndə ilişən şəxsə FHN yardım etdi (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonunda vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2003-cü il təvəllüdlü vətəndaşın göz qapağının geyiminin zəncirbəndinə ilişməsi nəticəsində təhlükəli vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməklə vətəndaşa müvafiq köməklik göstərilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti