Azərbaycan ilə Rumıniya arasında qarşılıqlı investisiyaların təşviqi müzakirə olundu (FOTO)

İqtisadiyyat Materials 18 İyun 2026 16:36 (UTC +04:00)
Azərbaycan ilə Rumıniya arasında qarşılıqlı investisiyaların təşviqi müzakirə olundu (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rumıniya Prezidentinin xarici siyasət və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Marius Lazurka ilə görüşündə iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığının əsas istiqamətləri, qarşılıqlı investisiyaların təşviqi müzakirə olunub.

Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Mətbuat xidmətindən məlumatında qeyd olunub ki, tərəflər enerji, tranzit və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

"Qeyd olunub ki, bu istiqamətlərdə həyata keçirilən birgə layihələr ölkələr arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə, regional əlaqələrin inkişafına və yeni iqtisadi imkanların formalaşmasına töhfə verir.

Müzakirələr zamanı qlobal çağırışlar şəraitində qarşılıqlı faydalı işbirliyinin gücləndirilməsi və ortaq həllərin təşviqi məsələləri ətrafında da fikir mübadiləsi aparılıb", - deyə mətbuat xidməti qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti