Bakı. Trend:
Pentaqon Avropa ölkələrini Ukrayna üçün ABŞ-dən silah alışını genişləndirməyə çağırıb.
Bu barədə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi bildirib.
Onun sözlərinə görə, Avropa ölkələri öz vəsaitləri hesabına Kiyevin hava və raketdən müdafiə sistemləri üçün Amerika istehsalı olan silahlar almalıdır. Mövcud PURL proqramı Ukraynanın döyüş meydanındakı ehtiyaclarının qarşılanmasına imkan versə də, Avropa əlavə tədarüklər vasitəsilə dəstəyi davam etdirməlidir.
Kolbi Avropanın bu istiqamətdə daha aktiv rol oynamasının vacibliyini vurğulayaraq, bunun eyni zamanda qitənin müdafiə və çəkindirmə qabiliyyətini də gücləndirəcəyini qeyd edib.
O həmçinin bildirib ki, NATO müttəfiqlərinin Ukraynaya dəstək mexanizmlərini genişləndirməsi cəbhə xəttinin saxlanılması və Rusiyanın mümkün irəliləyişlərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.