Böyük Britaniya Azərbaycanın ən böyük investoru olaraq qalır - Nazir müavini

İqtisadiyyat Materials 19 İyun 2026 00:21 (UTC +04:00)
Böyük Britaniya Azərbaycanın ən böyük investoru olaraq qalır - Nazir müavini
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya ümumi investisiyaları 39,9 milyard ABŞ dollarını keçərək Azərbaycana ən böyük xarici investor olaraq qalır.

Trend-in müxbirinin tədbirdən verdiyi məlumata görə, bu barədə Azərbaycan energetika nazirinin müavini Orxan Zeynalov Kral III Çarlzın rəsmi ad günü münasibətilə Bakıda keçirilən qəbulda bildirib.

"Böyük Britaniya lap əvvəldən bizim strateji tərəfdaşımız olub və enerji sektoruna yatırdığı investisiyalar və dəstəyi ilə Azərbaycanın inkişafında mühüm rol oynayıb. Böyük Britaniya ölkəmizdə ən böyük xarici investordur və 39,9 milyard ABŞ dollarından çox investisiya yatırıb ki, bunun da 37 milyard ABŞ dolları enerji sektoruna yönəldilib", - deyə O. Zeynalov bildirib.

Nazir müavini qeyd edib ki, 1994-cü ilin tarixi "Əsrin müqaviləsi" və BP ilə başlayan bu məhsuldar tərəfdaşlıq "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" kimi böyük layihələr vasitəsilə hər iki ölkə və qlobal enerji təhlükəsizliyi üçün əhəmiyyətli nəticələr verməyə davam edir. O, bu ayın əvvəlində AÇG yatağında dərin quyulardan təbii qaz hasilatının tarixi başlanğıcını vurğulayıb.

""AÇG-də dərin qaz" layihəsi Azərbaycanın qaz hasilatını və ixrac potensialını artırmaq üçün strateji əhəmiyyət kəsb edir. Bu layihə çərçivəsində inkişaf etdirilən qaz ehtiyatları qarşıdakı illərdə Azərbaycana daha çox xarici investisiya qoyuluşu üçün yol açacaq", - deyə nazir müavini bildirib.

O. Zeynalov vurğulayıb ki, Bakı və London "yaşıl" enerji və dekarbonizasiya sahəsində təşəbbüslər də daxil olmaqla, strateji enerji tərəfdaşlıqlarını fəal şəkildə genişləndirirlər.

"2027-ci ildə Cəbrayılda istifadəyə verilməsi planlaşdırılan 240 MVt gücündə "Şəfəq" günəş elektrik stansiyası, layihənin Səngəçal terminalının dekarbonizasiyasına verdiyi töhfə ilə yanaşı, karbohidrogenlərin və yaşıl enerjinin inteqrasiyasını nümayiş etdirəcək", - deyə nazir müavini bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti