Bakı. Trend:
Fransa Prezidenti Emmanuel Makron ABŞ və İran arasında imzalanmış anlaşma memorandumunu müsbət qiymətləndirsə də, Yaxın Şərqdə müharibənin tam başa çatdığını söyləməyin hələ tez olduğunu bildirib.
Makron bu barədə “France 2” telekanalına müsahibəsində danışıb.
“Xüsusilə eskalasiya riski mövcud olduğu vaxtlarda mübarizə aparmaqdansa, razılığa gəlmək həmişə daha yaxşıdır. Biz əməkdaşlıq və dialoq mərhələsinə qədəm qoyuruq ki, bu da müharibədən daha yaxşıdır”, – deyə Fransa lideri vurğulayıb.
Bununla belə, o qeyd edib ki, münaqişənin “tamamilə başa çatdığını” demək üçün hələ əsas yoxdur. İran nüvə silahına sahib olmamalı və ballistik raket potensialını inkişaf etdirməməlidir.