Bakı. Trend:
Böyük Britaniya məhkəməsi Ukrayna vətəndaşı Roman Lavrynoviçin yeddi il, Ukraynada anadan olmuş Rumıniya vətəndaşı Stanislav Karpyukun isə iki il həbs cəzasına məhkum edilməsi barədə qərar çıxarıb. Gənclər Britaniya Baş naziri Keir Starmerə məxsus evi və avtomobili yandırmaqda günahkar biliniblər.
Xarici media yazır ki, Lavrynoviçin valideynləri hökmü ədalətsiz adlandırıblar.
İttihamlar 12 may 2025-ci ildə Baş nazirin evində baş verən yanğından qaynaqlanır. Keir Starmer və ailəsi Dauninq küçəsindəki rəsmi iqamətgahda yaşayır və Londonun şimal-qərbindəki bu dörd yataq otaqlı ev müvəqqəti olaraq kirayəyə verilir. Polisin məlumatına görə, yanğın evin qapısına zərər vurub.
Polis bu hadisəni əvvəlki iki hadisə ilə əlaqələndirib. 8 may 2025-ci ildə Keir Starmerin bir il əvvəl qonşusuna satdığı avtomobil yanıb və həmin ilin 11 may tarixində Şimali Londonda ailəsi ilə birlikdə yaşadığı evin girişində yanğın baş verib.
