Paytaxtın iki rayonunda işıq olmayacaq

Cəmiyyət Materials 19 İyun 2026 16:16 (UTC +04:00)
Paytaxtın iki rayonunda işıq olmayacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxtın Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə “Azərişıq” ASC-nin Mətbuat Xidməti məlumat yayıb.

“İyunun 20-də Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq bölmələrdə təmir işləri aparılacaq. Bununla əlaqədar saat 00:30-dan 02:30-dək Nəsimi rayonu Mirəli Qaşqay, Feyzulla Qasımzadə, Abbasqulu ağa Bakıxanov, Ənvər Qasımzadə, Hənifə Ələsgərov, Qulu Quliyev, Abbas Səhhət, Hüseyqulu Sarabski. Süleyman Rüstəm küçələri, Vaqif prospekti, Nərimanov rayonu Ceyhun Hacıbəyli, Həsən bəy Əliyev küçələri, Heydər Əliyev prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, - deyə qurumun Məbuat Xidmətindən bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti