Bakı. Trend:
Xəzər rayonunda açıq ərazidə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən daha geniş sahəyə yayılmasına, həmçinin yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilmədən söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.
“Yanğın nəticəsində açıq ərazidə 15 hektar sahədə kol-kos və məişət tullantıları yanıb. Yaxınlıqda yerləşən tikililər və istixana yanğından mühafizə olunub”,-deyə Mətbuat xidmətindən bildirilib.
xxx
14:36
Bakının Xəzər rayonunda açıq ərazidə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Məlumatda qeyd olunub ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
“Əlavə məlumat veriləcək”, - deyə məlumatda bildirilib.
