Rezidenturaya qəbulda bu yerlərin hamısı boş qalıb

Cəmiyyət Materials 19 İyun 2026 20:15 (UTC +04:00)
Rezidenturaya qəbulda bu yerlərin hamısı boş qalıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildərezidenturaya ixtisas seçimi zamanı Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi (Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti sistemi üçün), Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi sistemi üçün), Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikasının Psixi Xəstəliklər Dispanseri, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi
Uşaq Xəstəxanası, Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzi, Naxçıvan Muxtar Respublikası Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi üçün ayrılan plan yerlərinin hamısı boş qalıb.

Bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc olunub.
Məlumatda, həmçinin tam dolan yerlər də sıralanıb.

“Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Milli Hematologiya və Transfuziologiya
Mərkəzi, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Respublika Neyrocərrahiyyə Xəstəxanası,
Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat
Travmatologiya və Ortopediya İnstitutu, Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi üçün ayrılan plan
yerləri tam dolub”.

Qeyd olunub ki, gigər klinik bazalar üçün ayrılan plan yerləri bu və ya digər səviyyədə kəsirdə qalıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti