Bir sıra qurumlara elektron siqaretlərlə bağlı protokol tərtib etmək səlahiyyəti verilib

Siyasət Materials 19 İyun 2026 13:07 (UTC +04:00)
Bir sıra qurumlara elektron siqaretlərlə bağlı protokol tərtib etmək səlahiyyəti verilib
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Elektron siqaretlərlə bağlı protokol tərtib edə biləcək qurumlar təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na edilən dəyişikliyə görə, elektron siqaretlərin və yaxud onların komponentlərinin idxal-ixracına münasibətdə Dövlət Gömrük Komitəsi, elektron siqaretlərin və yaxud onların komponentlərinin istehsalına, topdan və yaxud pərakəndə satışına, eləcə də satış məqsədilə saxlanılmasına münasibətdə Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, bu cür hallar vergi nəzarəti zamanı aşkar edildiyi hallarda isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti protokol tərtib edə biləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti