Aksizli mallarla bağlı 1072 hüquqpozma aşkarlanıb - DGK

İqtisadiyyat Materials 19 İyun 2026 11:04 (UTC +04:00)
Aksizli mallarla bağlı 1072 hüquqpozma aşkarlanıb - DGK
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsi tərəfindən 2026-cı ilin 1 yanvar tarixindən bu günədək 1072 hüquqpozma faktı aşkarlanıb.

Trend-in mediaturdakı müxbiri xəbər verir ki, bu barədə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşı Orxan Sultanov idarəyə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O.Sultanov bildirib ki, aşkar edilən hüquqpozmaların 4-ü cinayət, 1068-i isə inzibati xəta xarakterlidir:

“Cinayət xarakterli faktlar arasında məcburi nişanlanmalı olduğu halda nişanlanmamış siqaretlərin qanunsuz dövriyyəsi ilə bağlı 3 fakt, həmçinin gömrük orqanına bəyan edilməyən 308,30 karat brilyant qaşların aşkarlanması ilə bağlı 1 fakt yer alıb. Bundan başqa, 73 min 840 ədəd nişanlanmamış siqaretin aşkarlanması ilə bağlı da faktlar qeydə alınıb.

Gömrük qaydalarının pozulması ilə əlaqədar baxılmış işlər üzrə təqsirkar fiziki şəxslərə ümumilikdə 97 min 169,80 manat məbləğində cərimə tətbiq edilib. Bunun 81 min 146,35 manatının ödənilməsi təmin olunub, 64 fakt üzrə materiallar isə baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib”.

O.Sultanov hesabat dövründə aksiz vergisinə cəlb olunan malların həcmini də açıqlayıb:

“Belə ki, bu müddətdə 3 milyon 499 min 860,72 litr energetik içki, 4 milyon 440 min 750,03 litr spirtli içki, 59 milyon 449 min 680 ədəd tütün məmulatı, 18 min 928,16 kiloqram qəlyan tütünü və 141 milyon 385 min ədəd tərkibində tütün olan və ya bərpa edilmiş tütün çubuqları rəsmiləşdirilərək aksiz vergisinə cəlb olunub.

Həmçinin hesabat dövründə 24 min 783 minik avtomobili aksiz vergisinə cəlb edilib. Onlardan 6 min 815-i hibrid, 482-si tam elektrik, 2 min 526-sı dizel, 14 min 960-ı isə benzin mühərrikli nəqliyyat vasitələri olub.

Bununla yanaşı, 2 min 641 yük nəqliyyat vasitəsi, 723 yəhərli dartıcı, 590 qoşqu və 1 960 digər nəqliyyat vasitəsi də aksiz vergisinə cəlb olunub”, - deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti