12 il əvvəl bıçaqlanaraq öldürülən şəxslə bağlı məhkəmə qərarı verildi

Cəmiyyət Materials 19 İyun 2026 17:46 (UTC +04:00)
12 il əvvəl bıçaqlanaraq öldürülən şəxslə bağlı məhkəmə qərarı verildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

12 il öncə törətdiyi qətlə görə təqsirləndirilən Hüseyn Cəfərovun cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

Trend-in məhkəmədəki müxbiri xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Hüseyn Cəfərov 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən, həyata keçirilən tədbirlərlə 1990-cı il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı Cəfərov Hüseyn Gülağa oğlunun ictimai-təhlükəli əməlin qarşısının alınması üzrə ictimai borcunu yerinə yetirən Namiq Hənifəyə bıçaqla yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Hüseyn Cəfərov Cinayət Məcəlləsinin 126.3 -cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti