Portuqaliyaya vurduğu qolla "Atletiko"nun transfer siyahısına düşdü

İdman Materials 19 İyun 2026 19:47 (UTC +04:00)
Portuqaliyaya vurduğu qolla "Atletiko"nun transfer siyahısına düşdü
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Konqo Demokratik Respublika millisinin üzvü, DÇ-2026-da ilk turda adından söz etdirən Yoane Vissa “Nyukasl”ı daha güclü kluba dəyişə bilər.

Xarici media yazır ki, 29 yaşlı vinger “Atletiko”nun maraq dairəsindədir.

İspaniya klubu onun keçidini bu yay reallaşdırmaq istəyir. Vissanın “Nyukasl”la müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. O, “Şatoru”, “Anje”, “Ayaçço”, “Loryen”, “Brentford” klublarında çıxış edib.

Qeyd edək ki, Vissa DÇ-2026-nın ilk turunda Portuqaliya ilə görüşdə(1:1) millisinin bərabərlik qolunu vurmuşdu.

Xəbər lenti

Xəbər lenti