PAŞA Bank səhmlərinin yerləşdirilməsi uğurla yekunlaşdı

İqtisadiyyat Materials 19 İyun 2026 16:03 (UTC +04:00)
PAŞA Bank səhmlərinin yerləşdirilməsi uğurla yekunlaşdı

Bakı. Trend:

19 iyun 2026-cı il tarixində PAŞA Bank səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə Bakı Fond Birjasında yerləşdirilməsi yerli kapital bazarlarında tarixi rekord nəticənin əldə olunması ilə uğurla tamamlanmışdır.

13 aprel -12 iyun 2026-cı il tarixlərini əhatə edən abunə yazılışı dövründə ümumilikdə təxmini 18 000-ə yaxın unikal investor tərəfindən 20 000-dən çox sifariş yerləşdirilmişdir.

Yüksək investor marağı nəticəsində nəzərdə tutulan 51,3 milyon AZN həcmində emissiya üzrə ümumilikdə təxminən 66,3 milyon AZN məbləğində sifariş qeydə alınmışdır. Bu göstərici təklif olunan emissiya həcminin 129%-i səviyyəsində tələbin formalaşdığını göstərir.

Ümumi sifarişlərin 99,9%-i fiziki şəxslərin payına düşür. Qeyd edək ki, fiziki şəxslər tərəfindən IPO çərçivəsində təqdim edilmiş bütün sifarişlər tam həcmdə təmin olunub.

PAŞA Bank səhmlərinin yerləşdirilməsinin yekun nəticələri, investor strukturu və digər göstəricilər barədə daha ətraflı məlumat gələn həftə ictimaiyyətə təqdim olunacaq.

PAŞA Kapital-ın əsas anderrayterliyi ilə həyata keçirilən IPO layihəsində ABB-İnvest və Unicapital investisiya şirkətləri də anderrayter qismində iştirak edib.

PAŞA Kapital İnvestisiya Şirkətinin xidmət və məhsulları haqqında daha ətraflı məlumat üçün pashacapital.az saytına və ya 1548 qısa nömrəli Çağrı Mərkəzinə müraciət etməyiniz mümkündür.

Xəbər lenti

Xəbər lenti