Sabah 38 dərəcə isti olacaq

Cəmiyyət Materials 19 İyun 2026 12:47 (UTC +04:00)
Sabah 38 dərəcə isti olacaq
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 20-də Azərbaycanda havanın temperaturu 38° isti olacaq.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

"Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə gecə 65-75 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 35-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25°, bəzi yerlərdə 28-32° isti olacaq, məlumatda bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti