Avtonom nəqliyyat vasitəsi operatorları üçün dövlət rüsumu müəyyənləşir

Cəmiyyət Materials 19 İyun 2026 12:52 (UTC +04:00)
Avtonom nəqliyyat vasitəsi operatorları üçün dövlət rüsumu müəyyənləşir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Avtonom nəqliyyat vasitəsi operatorların fəaliyyətinin tənzimlənməsi qaydaları və öhdəlikləri müəyyənləşdiriləcək.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, fiziki və hüquqi şəxslərin operator kimi fəaliyyət göstərə bilməsi üçün 5 il müddətinə şəhadətnamələr veriləcək.

Operator fəaliyyətinə dair şəhadətnamənin verilməsi xidmətinə görə 20 manat məbləğində dövlət rüsumu təyin olunacaq.

Məsafədən idarəetmə mərkəzləri yaradılacaq və istismar zamanı formalaşan məlumatlar real vaxt rejimində dövlət informasiya sisteminə ötürüləcək.

Dövlət sisteminə ötürülən məlumatlar qeydə alınacaq və operatorlar tərəfindən 6 ay müddətində mühafizə ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti