Bakı. Trend:
149E nömrəli ekspres marşrutu fəaliyyətə başlayır.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)
Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Qaradağ rayonunun Sahil qəsəbəsi – “Sahil”
metrostansiyası istiqamətində sərnişin tələbatının ödənilməsi və
xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə test rejimində 149E
nömrəli ekspres marşrutu təşkil edilir.
Bununla bağlı olaraq, iyunun 22-dən 6 ədəd “Neoplan” markalı avtobus qəsəbəni metronun “Sahil” stansiyası ilə əlaqələndirəcək.
Qurumun Mətbuat Xidmətindən bildirilib ki, marşrutun fəaliyyət qrafiki sərnişin axınının intensiv olduğu saatlara əsasən müəyyən edilib:
“Avtobuslar səhər saat 06:45-dən 10:00-dək, axşam isə saat 17:00-dan 20:00-dək 15-20 dəqiqə hərəkət intervalı ilə sərnişinlərinxidmətində olacaq.
Marşrut üzrə gedişhaqqı 1,30 AZN müəyyən edilib.
149E nömrəli ekspres marşrutu üzrə “Sahil” metrostansiyası, Dövlət Bayrağı Meydanı, “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi, Bakı-Salyan şosesi 16, Sahil qəsəbəsində 253 nömrəli tam orta məktəb, 16 nömrəli Bakı Peşə Məktəbi, 319 nömrəli tam orta məktəb, Məhərrəm Seyidov küçəsi 168, 301 nömrəli Körpələr evi – uşaq bağçası, 9 nömrəli xüsusi internat məktəbidayanacaq məntəqələri kimi təyin edilib”.
