Bakı. Trend:
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail Müdafiə Qüvvələri lazım olduğu müddətcə cənubi Livandakı təhlükəsizlik zonasındakı mövqelərində qalacaq.
Bu barədə İsrail mediası məlumat yayıb.
"İsrail şimali İsraildəki sakinlərin təhlükəsizliyini təmin etmək üçün lazım olduğu müddətcə cənubi Livandakı təhlükəsizlik zonasında qalacaq", - deyə o bildirib.
Netanyahu Livanın şiə hərəkatı Hizbullahı atəşkəsi pozmaqda günahlandırıb və əlavə edib ki, buna görə də İsrail Müdafiə Qüvvələrinə sərt cavab verməyi əmr edib.
O qeyd edib ki, İsrail öz ordusuna və ərazisinə hücumlara dözməyəcək və Hizbullah bu cür hücumların bədəlini ağır ödəyəcək.
Daha əvvəl İsrail Müdafiə Qüvvələri gecə ərzində Livanda 80-dən çox Hizbullah hədəfinə hücum etdiyini bildirmişdi. Livanın cənubunda və şərqində 18 nəfərin öldüyü bildirilir.
