Məktəbə başlayan hər min şagirddən səkkizi necə yoxa çıxıb?

Cəmiyyət Materials 19 İyun 2026 23:06 (UTC +04:00)
Məktəbə başlayan hər min şagirddən səkkizi necə yoxa çıxıb?
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2014-cü ildə birinci sinfə qəbul olunan 146 min 62 şagirddən təxminən 0,8 faizi orta məktəbi başa vurmayıb.

Bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc olunub.

Qeyd olunub ki, onların sonrakı təhsil taleyi barədə rəsmi məlumat mövcud deyil.

"2025-ci ildə orta məktəbi bitirən şagirdlərin təxminən 10 faizi təhsilini ali və ya orta ixtisas təhsili səviyyəsində davam etdirməyib. Onların 70 faizini oğlanlar, 30 faizini isə qızlar təşkil edir.

Həmin il 11-ci sinfi bitirən məzunlar 2014-cü ildə birinci sinfə qəbul olunan şagirdlərdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə ölkə üzrə 146 min 62 nəfər birinci sinfə qəbul olunub. 2023-cü ildə isə 9-cu sinfi 144 min 875 şagird bitirib. Həmin il keçirilən buraxılış imtahanında 143 min 406 şagird iştirak edib, 1 469 şagird isə müxtəlif səbəblərdən imtahanda iştirak etməyib".

Xəbər lenti

Xəbər lenti