Bakı. Trend:
Qlobal bazarlara 17 milyon bareldən çox neft və digər yük daşıyan 55 ticarət gəmisi 24 saat ərzində Hörmüz boğazından keçib.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Məlumata əsasən, ABŞ qüvvələri naviqasiya azadlığını dəstəkləmək üçün boğazda fəaliyyətini davam etdirir. Komandanlıq beynəlxalq su yolundan təhlükəsiz keçidin davam etdiyini qeyd edib.
Bundan əlavə, Birgə Dəniz Məlumat Mərkəzi bu həftə heç bir maneə və ya məhdudiyyət olmadan təyin olunmuş marşrut üzrə gəmi hərəkətinin təhlükəsizliyini təsdiqləyərək bildiriş yayımlayıb.
