Azərbaycanda neft qiymətlərinin həftəlik icmalı

Energetika Materials 20 İyun 2026 15:05 (UTC +04:00)
Azərbaycanda neft qiymətlərinin həftəlik icmalı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Ötən həftə "Azeri Light CIF", "Azeri Light FOB Ceyhan", "Dated Brent" və "Urals" markalı xam neftin orta qiyməti azalıb.

Neft bazarındakı mənbənin verdiyi məlumata görə, Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağından hasil olunan "Azeri Light CIF" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 12,86 ABŞ dolları və ya 13,4 faiz azalaraq 82,95 ABŞ dolları təşkil edib.

Məlumata görə,, bu markalı xam neftin həftə ərzində maksimum qiyməti bir barel üçün 86,55 ABŞ dolları, minimum qiyməti isə 80,06 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin orta qiyməti bir barel üçün 80,73 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 12,76 ABŞ dolları və ya 13,6 faiz azdır.

Həftə ərzində bu neft markasının ən yüksək qiyməti 84,30 ABŞ dolları, ən aşağı qiyməti isə 77,88 ABŞ dolları olub.

"Urals" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 13,28 ABŞ dolları və ya 19,4 faiz azalaraq bir barel üçün 55,12 ABŞ dolları təşkil edib. Həftə ərzində bu markanın maksimum qiyməti 59,11 ABŞ dolları, minimum qiyməti isə 51,95 ABŞ dolları olub.

"Dated Brent" markalı neftin orta qiyməti isə bir barel üçün 80,70 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə 13,4 ABŞ dolları və ya 14,2 faiz azdır. Həftə ərzində bu markanın maksimum qiyməti 84,45 ABŞ dolları, minimum qiyməti isə 77,50 ABŞ dolları olub.

Neft/Tarix

15.06.2026

16.06.2026

17.06.2026

18.06.2026

19.06.2026

Orta
qiymət

Azeri LT CIF

$86.55

$82.61

$82.60

$80.06

$82.95

$82.95

Azeri Light FOB Ceyhan

$84.30

$80.35

$80.38

$77.88

$80.74

$80.73

Urals (EX NOVO)

$59.11

$55.10

$54.72

$51.95

$54.71

$55.12

Dated Brent

$84.45

$80.90

$80.35

$77.50

$80.32

$80.70

Məqalədə:

Xəbər lenti

Xəbər lenti