Azərbaycandan Ermənistana 17 vaqon dizel göndəriləcək

İqtisadiyyat Materials 20 İyun 2026 18:35 (UTC +04:00)
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndəriləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 21-də Azərbaycandan Ermənistana ümumi miqdarı min ton olan 17 vaqon dizel yanacağı Biləcəri stansiyasından yola salınacaq.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Xatırladaq ki, bu ölkəyə yanacaq ixracına isə 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı tədarük edilib.

Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti